Azəricə (Azərbaycan dili)DeutschEnglish

Təşəkkürlər

  • PDF faylını al
  • Çap
  • E-poçt

Çox sayıda insan və təşkilatlar İSTEDADLARIMIZ GƏLƏCƏYİMİZDİR proqramının ərsəyə gəlməsində və inkişafında köməklik göstərmişlər.Təsisçinin 2006-cı ilin dekabrında Sumqayıtdakı ilk günündən xüsusi ilə bir məktəbdə çox isti münasibətlə qəbul edilmiş, təsisçi Sumqayıt məktəblərindən və Təhsil Şöbəsindən həmçinin Təhsil Nazirliyindən çox qonaqpərvərlik, cox konstruktiv və ruhlandırıcı cavabla qarşılanmışdır. Onlarsız İSTEDADLARIMIZ GƏLƏCƏYİMİZDİR proqramı reallığa şevrilməzdı.

Xüsusilə, biz aşağıdakı təşkilatlar və şəxslərə təşəkkür etmək istəyirik:

Şəxslər

  • Tural Əhməd, 2006-cı ildən Proqramın bir sıra kritik məqamlarında mühüm rol oynayıb. Onun köməyi və məsləhəti olmadan, proqramın yaradıcısı və rəhbəri, proqramı başlada və sürətli inkişafını təmim edə bilməzdi.
  • Üç bacarıqlı və işini sevən müəllimə (eyni zamanda tələbə), əlifba sırasıyla Həmidə Ağahüseynova, Günay Əliyeva və Ülviyyə Mehrəliyeva. Bu insanlarsız 2008 – ci ildə proqramı başlatmaq mümkün olmazdı. Onlar proqramda təmənnasız çalışırdılar.
  • 2008-ci il proqramın başlanğıcından Sumqayıtda kordinatorluq etmiş və mənim səfərlərimdə mənə köməklik etmiş şəxslər: Səkinə Məhərrəmova, Gülbahar Haqverdiyeva və Gülşən Kərimova. Xüsusilə, Gülbahar xanımın həftənin bütün günləri yorulmadan göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdı.
  • Nihadə Eyyubova, bu veb saytın mətninin əksər hissəsini tərcümə etmişdir.
  • Bahar Əliyeva və Sevinc İsmayilova, kimya dərsliyi üçün çoxsaylı tərcümələr etmişlər.
  • Kamil Abbasov, bu veb saytın logo-sunun dizayneri.

Təşkilatlar

  • Almaniya səfirliyi, 2011-ci ildə Təsil nazirliyindən İstedadlarimiz Gələcəyimizdir- in fəaliyyəti üçün icazə almaq lazım olduqda fəaliyyətimizi bəyəndiklərinə dair məktub yazdılarına görə;
  • Avropa Azərbaycan Cəmiyyəti (TEAS), 2010 və 2011- ci ilin birinci yarısında proqramımızı az qala tamamilə maliyyələşdirdiklərinə görə;
  • GIZ –in (keçmiş GTZ) Dəstəyi xüsusi ilə Şəfiqə Hacıəhmədova tərərfindən cox müxtəlif yollarla təmin edilmişdir.
  • Sumqayıtın 10-dan artıq məktəbində İstedadlarimiz Gələcəyimizdir – in şagirdləri üçün iki intellektual quiz sessiyaları hazırladığına görə Что? Где? Когда?” təşkilatına;
  • Azərbaycan Lüks Travel şirkətinə, 2010-cu ilinin İyun ayında Nabrana iki günlük ekskursiya zamanı bizi pulsuz geniş avtobus və sürücü ilə təmin etdiklərinə görə;
  • Sumqayıtda yerləşən Para-olimpiya komleksinə, bizim şagirdlərə üzgüçülük dərsləri keçdiklərinə görə;
  • TERM Otel və Fines Mərkəzinə, şagirdlərimizə üzgüçülük dərsləri keçdiklərinə görə;
  • Franck-Kosmos Verlag, Stuttgart, Almaniya (1822-ci ildə yaradılmış mətbəə) bazarda olan ən müasir və əla kimya eksperiment cihazını bağışladığına görə;

26.06.11 19:51 ərzində olan dəyişikliklər

 

Proqramımızda şagirdlərə necə kömək edirik:

Biz:

  • Şagirdlərimizə xüsusi diqqət yetiririk
  • Kiçik qruplarda təlim keçirik
  • Öz-özünə öyrənməyi öyrədirik
  • Onların müstəqil, tənqidi düşüncəsini inkişaf etdiririk
  • Özlərini ifadə edə bilmək bacarığını və özünə inamlı olmağı inkişaf etdiririk
  • Fənlər üzrə laboratoriya otaqları ilə təmin edirik
  • Onları maarifləndirici kitablarla, CD və DVD-lərlə təchiz edirik
  • Maarifləndirici ekskursiyalara aparırıq
  • Karyera üçün məsləhət sessiyaları təşkil edirik (gələcəkdə)

Who's Online

Hal-hazırda :
 137 qonaqlar saytdadır