Azəricə (Azərbaycan dili)DeutschEnglish

Biz kimik

  • PDF faylını al
  • Çap
  • E-poçt

“İstedadlarımız Gələcəyimizdir” İngiltərə və Uelsdə 6718806 nömrəsi ilə qeydiyyatdan keçmiş qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Biz Azərbaycanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda riyaziyyat, təbiət elmləri və dillər üzrə istedadlı olan şagirdlərə dəstək oluruq. Sumqayıtın təxminən 360000 sakini(onların 1/6 hissəsi qaçqındır) var və paytaxt Bakıdan 30km şimalda yerləşir. Gənc şəhərdir, Sumqayıtın nəhəng kimya sənaye kompleksinin işçilərini evlə təmin etmək üçün əsası 1949-cu ildə qoyulub. Sovet dönəmində bura ciddi çirklənmədən əziyyət çəkib, amma Sovetlər İttifaqı dağılandan sonra kimya zavodlarının əksəriyyəti bağlanıb.

Bizim məqsədimiz istedadlı şagirdlərə, xüsusən maddi vəziyyəti aşağı olan şagirdlərin yaxşı təhsil almalarına kömək etməkdir. Demək olar ki, müasir Azərbaycanda universitetə qəbul olmaq üçün yalnız məktəb təhsilinə güvənmək qeyri-mümkündür. Ümumiyyətlə, qəbul olunub ki, yüksək təhsil əldə etmək üçün əlavə dərslərə ehtiyac olur, amma əksər ailələrin buna imkanı çatmır. Biz riyaziyyat, təbiət elmləri və dillər üzrə xüsusi istedadı olan şagirdləri bir yerə toplayırıq, inanırıq ki, bu fənlər Azərbaycanın iqtisadi inkişafı üçün çox vacibdir.

Bizim yanaşmamızın əsas xüsusiyyəti yalnız seçilmiş fənlər üzrə yaxşı olmaq deyil, həmçinin cəmiyyətə kömək etməkdir. Bizim əsas prinsiplərdən biri şəxsin daha bacarıqlı və cəmiyyət qarşısında daha da məsulliyyətli olmasıdır. Beləliklə, proqrama qoşulan hər bir şagird “İstedadlarımız Gələcəyimizdir” –dən aldığı köməyin əvəzində ictimai işlə məşğul olma öhdəliyini üzərinə götürür. Bu yanaşma yalnız sosial məsulliyyət hissini inkişaf etdirmir, həmçinin uzaqlardakı şagirdlərə də öz faydasını verir.

“İstedadlarımız Gələcəyimizdir” onun baş direktoru Carl Lauer tərəfindən yaradılıb. Azərbaycandakı koordinator Gülşən Kərimovadır. Siz ingilis və ya azərbaycan dillərində onların hər ikisi ilə yuxarıdakı “Bizimlə əlaqə” menyusu ilə əlaqə saxlaya bilərsiniz.

“İstedadlarımız Gələcəyimizdir”-in qeydiyyat ünvanı 75 Park Lane, Croydon CR9 1XS, UK.

26.06.11 17:01 ərzində olan dəyişikliklər

 

Proqramımızda şagirdlərə necə kömək edirik:

Biz:

  • Şagirdlərimizə xüsusi diqqət yetiririk
  • Kiçik qruplarda təlim keçirik
  • Öz-özünə öyrənməyi öyrədirik
  • Onların müstəqil, tənqidi düşüncəsini inkişaf etdiririk
  • Özlərini ifadə edə bilmək bacarığını və özünə inamlı olmağı inkişaf etdiririk
  • Fənlər üzrə laboratoriya otaqları ilə təmin edirik
  • Onları maarifləndirici kitablarla, CD və DVD-lərlə təchiz edirik
  • Maarifləndirici ekskursiyalara aparırıq
  • Karyera üçün məsləhət sessiyaları təşkil edirik (gələcəkdə)

Who's Online

Hal-hazırda :
 122 qonaqlar saytdadır